Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maradonanın narkotikadan asılılığı bitdi – Alkoqolizm problemi yarandı

Maradonanın narkotikadan asılılığı bitdi – Alkoqolizm problemi yarandı

Tarix: 4 Iyul 2020 15:32

Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi Dieqo Maradonanın şəxsi həkimi Leopol Luke bildirib ki, əfsanəvi futbolçu yeni problemlə üzləşib.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, o bildirib ki, Maradona hazırda alkoqolizmdən əziyyət çəkir.

Qeyd edək ki, daha əvvəl o, narkotika asılılığından qurtulmaq üçün müalicə olunub.

“Onun bədəni narkotikadan təmizlənib. Amma indi alkoqollla bağlı problem yaranıb. O, bəzən çox içir. Biz indi bunu aradan qaldırmaq üzərində işləyirik. Karantin və ailəsindəki problem ona pis təsir edib. Son vaxtlar o, xüsusi preparatlar qəbul edir. Biz bunun dozasını aşağı salmağ düşünürük” – deyə həkim bildirib.

 


Etiketlər:  Maradonanın narkotikadan asılılığı bitdi Alkoqolizm problemi yarandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ