Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkim: “İsti hava üç xəstəlikdən əziyyət çəkənlər üçün xüsusilə təhlükəlidir”

Həkim: “İsti hava üç xəstəlikdən əziyyət çəkənlər üçün xüsusilə təhlükəlidir”

Tarix: 4 Iyul 2020 18:36

Rusiyalı həkim-angionevroloq Yevgeni Şirokovun sözlərinə görə, isti hava hipertoniya, ürək çatışmazlığı və ateroskleroz xəstələri üçün xüsusilə təhlükəli hesab olunur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qızmar günəş altında orqanizm çoxlu maye itirir və bunun yeri dərhal doldurulmalıdır.

Nəticədə, həmin vəziyyət ürəyin yüklənməsinə gətirib çıxarır.

"Ayaqlarda ödem yaranır, təngnəfəslik müşahidə olunur, arterial təzyiq artır. Bundan başqa, maye itkisi qanın qatılaşmasına səbəb olur", - deyə həkim xəbərdarlıq edir.

İsti hava ağciyərlərin xroniki xəstəliklərindən əziyyət çəkənlər üçün də təhlükəlidir. Buna səbəb tənəffüs hərəkətlərinin artması və ağciyərlərin təzyiqlə üzləşməsidir.

Milli.Az


Etiketlər:  Həkim İsti hava üç xəstəlikdən əziyyət çəkənlər üçün xüsusilə təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ