Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlkin Xəlilovdan təşəkkür - ''Dəstəyiniz məni qürurlandırdı''

İlkin Xəlilovdan təşəkkür -  ''Dəstəyiniz məni qürurlandırdı''

Tarix: 17 Iyun 2019 15:16

ATV-də işinə davam edəcəyi açıqlanan kanalın İdman Departamentinin rəhbəri İlkin Xəlilov onu dəstəkləyənlərə təşəkkür edib.

Qol.az xəbər verir ki, tanınmış jurnalist bununla bağlı Feysbuk səhifəsində paylaşım edib:

“ATV-də işimə davam edirəm!!! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun!!!”

Xatırladaq ki,  U-21 millimizin Lixtenşteynə uduzduğu matç üçün hazırladığı tənqidi süjetinə görə İlkin Xəlilova  təzyiqlər başlamışdı, onun işdən azad olunacağı bildirilirdi. Buna görə də azarkeşlər və media nümayəndələri sosial şəbəkələrdə buna etirazını bildirirdi.
 


Etiketlər:  İlkin Xəlilovdan təşəkkür Dəstəyiniz məni qürurlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ