Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 20:42
Sinqapurda cəmi yeddi ay ərzində 14 mindən çox insan denqe xəstəliyinə yoluxub. Bu göstəricilərə görə hökumət ölkə tarixində ən böyük qızdırma xəstəliyinə hazırlaşır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Sinqapur Milli Ətraf Mühit Agentliyi bu il yoluxanların ümumi sayının 22 mini keçəcəyini proqnozlaşdırırlar.
Həkimlər xəstəliyin yayılmasını qismən koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir sıra məhdudiyyətlərlə əlaqələndirirlər. Xüsusilə, söhbət insanların evdə qalmasından və ağcaqanadların (denqe daşıyıcılarının) onları daha çox sancmasından gedir.
Denge qızdırması intoksikasiya, əzələlərdə və oynaqlarda ağrı, səpki yaradan, limfa düyünlərinin artmasına səbəb olan kəskin virus xəstəliyidir. Hər il 20 minə qədər insan bu xəstəlikdən ölür.