Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 21:20
Feysbuk ABŞ-dakı iğtişaşlarda iştirak edən ekstremistlərlə əlaqəli yüzlərlə hesabı blok edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Xüsusilə də, Feysbuk sosial şəbəkəsində 220 hesab bağlanıb, İnstagramda isə 95 hesab Boogaloo hərəkəti ilə əlaqədar bağlanıb.
Şirkətdən verilən məlumata görə, bu hesablar mülki şəxslərə, polislərə, vəzifəli şəxslərə və dövlət qurumlarına qarşı zorakılığın təbliğatını aparıb.
Bundan əlavə, bu hərəkətlə əlaqəli olmayan, lakin oxşar məzmunun yerləşdirilməsində iştirak edən daha 500-ə yaxın hesab bağlanıb.
ABŞ-dakı iğtişaşlar həbs zamanı afroamerikalı Corc Floydun ölümündən sonra başlayıb.