Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bavariya" 20-ci dəfə Almaniya kubokunu qazandı

Tarix: 5 Iyul 2020 02:32

Bakı. Trend:

Münhenin "Bavariya" futbol Almaniya kubokunun finalında Leverkuzenin "Bayer" komandasını məğlub edib. Görüş 4:2 hesabı ilə başa çatıb.

Trend-in məlumatına görə, qarşılaşma Berlində Olimpiya Stadionunda koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirilib.

Qalib komandadan David Alaba (16-cı dəqiqə), Serc Qnabri (24) və Robert Levandovski (59, 89) qolları vurublar. Leverkuzen klubundan Sven Bender (63) və Kay Haverts (90, penalti nöqtəsindən) vurublar..

"Bavariya" 20-ci dəfə ölkə kubokunun sahibi oldu, 4 dəfə klub finalda məğlub olub.


Etiketlər:  Bavariya 20 ci dəfə Almaniya kubokunu qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ