Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2020 12:56
“Barselona”nın hücumşusu Lionel Messi komandanı tərk etmək niyyətində deyil.
Qol.az goal.com-a istinadən xəbər verir ki, argentinal futbolçu klubun prezidenti Xosep Bartomeunun fəaliyyətindən narazıdır.
Bu günlərdə İspaniya mətbuatı gələn il müqaviləsinin müddəti başa çatandan sonra Messinin “Barselona”nı tərk edəcəyini və “Mançester Siyi”yə keçəcəyini yazıb.
Məlumata görə, Messinin yaxın ətrafı bilərəkdən bu xəbəri dövriyyəyə buraxıb. Bununla futbolçu klub prezidentinə inamsızlığını göstərib.
Bildirilir ki, kapitanın bu mövqeyi Bartomeunun istefası ilə nəticələnə bilər.