Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2020 14:10
Bəzi pasiyentlər koronavirusdan sağalandan sonra da xəstəliyin bəzi əlamətlərini uzun müddət özündə hiss edir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Harvard Universitetinin professoru Tobias Kurt bu barədə xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, bəzən gənclər xəstəlikdən bir neçə ay sonra da idmanla məşğul ola bilmirlər, çünki onlarda zəiflik müşahidə olunur və nəfəs almaqda çətinlik çəkirlər.
Kurt bu ağırlaşmaların xroniki hala gələ biləcəyi, yaxud zaman keçdikcə yoxa çıxacağını iddia etmək üçün virusun hələ kifayət qədər ətraflı öyrənilmədiyini vurğulayıb.
O deyib ki, infeksiyanın xroniki nəticələrə səbəb ola biləcəyi təsdiqlənərsə, elm adamları simptomların yaranma riskini azaldacaq vasitələr hazırlamalı olacaqlar.
Bundan əvvəl Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri koronavirusa yoluxanların ömrünün sonuna kimi onun nəticələrindən əziyyət çəkə biləcəyini demişdilər.
Onlar koronavirusla yanaşı başqa xəstəlikləri olmayan bəzi orta yaşlı xəstələrin belə, sağalandan sonra əmək qabiliyytini itirdiklərini və xroniki yorğunluqdan əziyyət çəkdiklərini vurğulayıblar.