Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sneyder karyerasını bərpa edir?

Sneyder karyerasını bərpa edir?

Tarix: 5 Iyul 2020 17:26

Niderland milli komandasının sabiq futbolçusu Uesli Sneyder karyerasını bərpa edə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 36 yaşlı keçmiş yarımmüdafiəçi Niderlandın "Utrecht" klubu ilə müqavilə imzalaya bilər. Bununla bağlı Erediviziya təmsilçisinin texniki direktoru Cordi Zuidam açıqlama verib:

"Sneyderlə əlaqədəyik, mümkün qayıdışıyla bağlı müzakirələr gedir. Fikirləşməsi üçün zamana ehtiyacı var".

Sneyder karyerası ərzində "Ajax", "Real Madrid", "İnter", "Halatasaray", "Nicr" və "Al Garafa" klublarında çıxış edib. O, 2019-cu ilin avqustunda karyerasını bitirib.

Milli.Az


Etiketlər:  Sneyder karyerasını bərpa edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ