Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2019 17:46
Bakı Trend:
Respublika üzrə taxıl sahələrinin 31,1 faizində biçin başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 16-na olan operativ məlumata görə, ölkə ərazisində 323916,21 hektar ərazidə taxıl biçini aparılıb, 242829,6 hektar ərazidə arpa, 81086,65 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 988966,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,5 sentner təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il 100 min hektar daha çox biçin aparılıb.
Samux, Balakən, Masallı, Cəlilabad, Beyləqan, Bərdə, Neftçala, Biləsuvar, Yevlax, Zərdab, Kürdəmir, Saatlı, Sabirabad, Cəbrayıl, Füzuli, Ağdam, Tərtər rayonlarında arpa biçini başa çatmaq üzrədir. Digər rayonlarda biçin prosesi qrafikə uyğun davam edir.
Arpa üzrə Samux rayonunda orta məhsuldarlıq 34,7 s/ha, Şəkidə 33,6 s/ha, Cəlilabadda 35,2 s/ha, Ağcabədidə 33,5 s/ha, Salyanda 37,3 s/ha, Kürdəmirdə 33,2 s/ha, Saatlıda 36,2 s/ha, Sabirabadda 37,5 s/ha, Ağdamda 35,6 s/ha, Tərtərdə 34 s/ha, təşkil edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin