Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib'' - prezident

''Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib'' - prezident

Tarix: 17 Iyun 2019 18:56

PSJ  prezidenti Nasser Əl-Xəlafi komandanın futbolçuları Neymar və Killian Mbappe haqda danışıb.

Qol.az-ın "France Football"a istinadən yaydığı xəbərə görə, o, braziliyalı hücumçu barədə bunları deyib: "Oyunçularımızın əvvəlkindən daha çox məsuliyyət hiss etməlidir. Bu formanı geyinməkdən qürur duymaqlarını istəyirəm. Burada oynamaq istəməyənə  qapı açıqdır. Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib. 2022-ci ilə qədər müqaviləsi var. Müqaviləsinə hörmət etməlidir. O, öz istəyi ilə müqavilə imzalayıb".

Qətərli rəhbər Mbappenin isə Paris təmsilçisində qalacağını söyləyib: "Bu çılğın oyunçunun klubdan getməyinə icazə verməyəcəm. Mbappe də burada qalmaq istəyir".

Qeyd edək ki, PSJ-nin Neymarı satmağa hazır olduğu iddia olunur.

 


Etiketlər:  Heç Neymarı gəlməyə məcbur etməyib prezident


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ