Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bottas ''Formula-1''in start mərhələsinin qalibi oldu

Bottas ''Formula-1''in start mərhələsinin qalibi oldu

Tarix: 6 Iyul 2020 07:36

"Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas "Formula-1" üzrə Avstriya Qran Prisinin qalibi olub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, mövsümün start mərhələsində ikinci yeri "Ferrari"nin monakolu pilotu Şarl Lekler, üçüncü yeri isə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris tutublar.

"Formula-1" üzrə altıqat dünya çempionu Lyuis Hemilton ("Mercedes" komandası) yarışı ikinci yerdə başa vurub, lakin 5 saniyəlik cəriməyə görə onun adı dördüncü yerə yazılıb.

Avstriya Qran Prisinin finiş xəttini 20 pilotdan yalnız 11-i keçib. Digərləri müxtəlif səbəblərdən finişə çata bilməyiblər.


Etiketlər:  Bottas Formula start mərhələsinin qalibi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ