Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST nümayəndəsi: Azərbaycan ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır - VİDEO

ÜST nümayəndəsi: Azərbaycan ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır - VİDEO

Tarix: 6 Iyul 2020 08:12

Pandemiya ilə mübarizə o zaman uğurlu nəticə verir ki, dövlət tərəfindən görülən işlər, müəyyənləşdirilən qaydalar cəmiyyət tərəfindən də ciddi şəkildə icra olunur.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi, Türkiyədə çalışan həkim Turanə Rəsulova "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.

Turanə Rəsulova bildirib ki, Azərbaycanda gəldiyimiz gündən gördüyümüz mübarizə tədbirləri bizi yaxşı mənada çox heyrətləndirdi. Azərbaycanda pandemiya ilə mübarizə sistemi dünyada effektivliyinə görə ilk sıralarda dayanır. Azərbaycan ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır:

"Biz regioanlarda, Bakıda olan COVİD xəstəxanalarında olduq, orda olan şərait dünyanın qabaqcıl ölkələri ilə eyni səviyyədir, ancaq bütün bu işlərin qarşısında biz cəmiyyət olaraq qoyulan qaydalara əməl etməsək, yoluxma artacaq".

Ankara şəhər xəstəxanasının həkimi Fərid Kazımzadə bildirir ki, istənilən Avropa ölkəsində səhiyyə sistemi nə qdər güclü olsa da, pandemiya qarşısında iflas etdiyini gördük. Azərbaycan bunun qarşısını almaq üçün ciddi mübarizə aparır, xüsusən pandemiyanın başlanğıcında görülən işləri qeyd etmək lazımdır: "Ancaq təbii ki, qabaqlayıcı tədbirlər kifayət etmir, ilk növbədə insanların qoyulan qaydalar, məhdudiyyətlərə əməl etməsi bir başa yoluxma sayına təsir edir. Biz də bu mübarizəni izləyirik və inanaırıq ki tezliklə uğurlu nəticələr alınacaq".

"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinin tam versiyasını sizə təqdim edirik.


Etiketlər:  ÜST nümayəndəsi Azərbaycan ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ