Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 09:35
Bu gün 46-cı "Altın Kelebek" mükafatlarının təqdimetmə mərasimi yeni formatda baş tutub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Covid-19 səbəbilə təxirə salınan mükafatlandırma mərasimində iştirakçılara mükafatları əvvəlcədən göndərilib. Bu il Azərbaycandan "Altın kelebek"in qalibi Xalq artisti Röya Ayxan olub. Müğənni artıq ikinci dəfədir ki, "Azərbaycanın ən parlaq ulduzu" seçilir.
Qeyd edək ki, mükafata namizədlər arasında Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva yer alırdı.