Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 15:00
ARB telekanalının koronavirusa yoluxan əməkdaşlarının vəziyyəti normaldır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib.
Onun sözlərinə görə, telekanal əməkdaşları hazırda müalicələrini davam etdirirlər: "Vəziyyətləri şükür olsun yaxşıdır. Hazırda özlərini yaxşı hiss edirlər, səhhətlərində ciddi problem yoxdur".
O. İbrahimli bildirib ki, "ARB-24" kanalının Baş redaktorunun müavini Aynur Nəsirovanın da səhhətinin normaldır: "Aynur xanımla da əlaqə saxlamışıq. Şükür olsun yaxşıdır o da. İnşallah tezliklə normal həyatlarına və işlərinin başına dönərlər".