Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 01:12
"Yuventus"un futbolçusu Martin Kaseres komandadan ayrılıb.
Qol.az xəbər verir ki, uruqvaylı müdafiəçi sosial şəbəkə hesabında Turin klubundan getdiyini açıqlayıb. "Yuventus" Kaseresi ilin əvvəlində "Latsio"dan icarəyə götürmüşdü.
Qeyd edək ki, Uruqvay millisinin üzvü 2009/10 və 2012/16-cı illərdə də "Yuventus"da çıxış etmişdi.