Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''ADY Container'' yükdaşıma sürətinə görə rekord vurub

''ADY Container'' yükdaşıma sürətinə görə rekord vurub

Tarix: 6 Iyul 2020 16:10

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri - "ADY Container" MMC (Azərbaycan), "KTZ Express" (Qazaxıstan), "GR Logistics" (Gürcüstan) və "Pacific Eurasia Logistics" (Türkiyə) yükdaşımada yeni rekorda imza atıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Çin-Qazaxıstan sərhədindəki "Xorqos" (Altınkol) stansiyasından Türkiyənin "Köseköy" (İzmit) stansiyasına 43 konteynerdən ibarət qatar 12 günə çatıb.

Bundan əvvəlki rekord 16 gün təşkil edirdi.

Qeyd olunur ki, müxtəlif yüklər daşıyan 40 futluq konteynerlərdən ibarət qatar Altınkol stansiyasında Qazaxıstan ərazisinə daxil olub, daha sonra yük Aktau limanından bərə ilə Bakı limanına çatdırılıb. Qatar Bakıdan Axalkalaki stansiyasına, daha sonra İzmitə hərəkət edib.

Milli.Az


Etiketlər:  Container yükdaşıma sürətinə görə rekord vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ