Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs saxlanıldı (VİDEO)

Hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs saxlanıldı (VİDEO)

Tarix: 6 Iyul 2020 18:39

Bakı. Samir Əli - Trend:

Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcək.


Etiketlər:  Hərbi qulluqcuya hormətsizlik numayis etdirən səxs saxlanıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ