Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 22:08
Almaniya şirkəti Azərbaycana koronavirusun müəyyənləşdirilməsi üçün testlər ixrac etmək niyyətindədir.
Sonxeber.net xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) APA-ya verilən məlumata görə, Almaniyanın "BİOTYPE Gmbh" müəssisəsi tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyasının müəyyən olunması üçün istehsal etdiyi testlərin satışı ilə əlaqədar əməkdaşlıq təklifi daxil olub.
Sahibkarlar müəssisə barədə ətraflı məlumat əldə etmək üçün Fonda müraciət edə bilərlər.