Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AQTA COVİD-19-la əlaqədar qayda pozuntuları aşkarladığı müəssisələrin sayını açıqladı (FOTO)

AQTA COVİD-19-la əlaqədar qayda pozuntuları aşkarladığı müəssisələrin sayını açıqladı (FOTO)

Tarix: 7 Iyul 2020 11:30

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusun (COVID-19) profilaktikası çərçivəsində nəzarət tədbirlərini gücləndirib.

Agentlikdən Trend-ə verilən məlumata görə, 21 may-05 iyul 2020-ci il tarixlərində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 876 turizm və otelçilik, 7 099 ictimai iaşə obyekti, 9 023 ərzaq satışı mağazası olmaqla ümumilikdə 16 998 müəssisədə reydlər keçirilib. Keçirilən reydlər zamanı uyğunsuzluq aşkarlanan 5 turizm və otelçilik, 209 ictimai iaşə və 326 ərzaq satışı ilə məşğul olan müəssisələr barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmçinin 13 ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisə və 27 ictimai iaşə müəssisəsi barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir.

Qeyd edək ki, Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub. Maarifləndirmə tədbirləri çərçivəsində respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində yerləşdirilib.

Görülən bütün tədbirlərə, verilən tövsiyələrə baxmayaraq bəzi ictimai iaşə və ərzaq məhsullarının satışı ilə məşğul olan subyektlərdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərinin pozulması halları hələ də aşkarlanmaqdadır.

Təəssüflə bildiririk ki, cəmiyyətdə koronavirusla (COVID-19) mübarizə tədbirlərinin pozulması halları davam etdiyindən hər gün yüzlərlə vətəndaşımız virusa yoluxmaya məruz qalır. Yoluxma sayının artmasında əsas səbəblərdən biri də bəzi vətəndaşların istər sahibkar, istər istehlakçı üzərinə düşən, əslində çox sadə məsələlərin - sosial məsafə, maska taxmaq və əllərin mütəmadi dezinfeksiyası və s. bu kimi qaydalara əməl etməməsidir:

"Prosesdə iştirak edən bütün tərəflərin - sahibkarların, istehlakçıların, eyni zamanda hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi, özünün, sevdiklərinin və ailə üzvlərinin sağlamlığı naminə təhlükəsiz qida nəzarətçisinə çevrilməsi vacibdir. AQTA hər bir sahibkarı və istehlakçını bu istiqamətdə nümunəvi vətəndaş mövqeyi ortaya qoymağa və ictimai nəzarətin təmin olunmasında aktiv iştiraka dəvət edir.

Qida Təhlükəsizliyi Agentliyi bir daha ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlara və ictimai iaşə subyektlərinə müraciət edərək, koronavirusla bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, bu sahədə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş metodiki göstərişlərin tələblərinə ciddi şəkildə riayət etməyə çağırır".

AQTA COVİD-19-la əlaqədar qayda pozuntuları aşkarladığı müəssisələrin sayını açıqladı (FOTO) - Gallery Image AQTA COVİD-19-la əlaqədar qayda pozuntuları aşkarladığı müəssisələrin sayını açıqladı (FOTO) - Gallery Image AQTA COVİD-19-la əlaqədar qayda pozuntuları aşkarladığı müəssisələrin sayını açıqladı (FOTO) - Gallery Image


Etiketlər:  AQTA COVİD 19 la əlaqədar qayda pozuntuları aşkarladığı müəssisələrin sayını açıqladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ