Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 15:24
Koronavirusla mübarizə istiqamətində Azərbaycan yeganə ölkələrdəndir ki, həmrəyliyi tək sözdə yox, əməldə də göstərdi. Bu istər dövlətimizin daxildə, istərsə də dünya miqyasında bu bəla ilə mübarizədə atdığı addımlarında təzahür olundu.
Sonxeber.net bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bildirib ki, ilk gündən bu günə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb:
"Təkcə bu il istifadəyə verilmiş "Yeni klinika"da hazırda 350 xəstə müalicə alır. Qısa zaman kəsiyində çarpayıların sayının 700-750-yə çatdırılması əsas hədəflərdən biridir. Bundan əlavə, Azərbaycan bəşəriyyətin xilası üçün də mühüm töhfələr verməkdə davam edir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verdi. Bu günə qədər Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.
Burada xüsusi vurğulanmalı amil ondan ibarətdir ki, Azərbaycan humanitar yardımı piar məqsədilə deyil, digər ölkələrə həmrəylik borcu kimi yerinə yetirdi. Bu humanist yanaşmaya görə bir neçə dövlət başçısının ölkə başçımıza təşəkkür məktubu ünvanlaması Prezident İlham Əliyevin dünya miqyasında nüfuzlu lider kimi tanınmasını bir daha sübut edir.
Prezident İlham Əliyevin düşünülmüş və praqmatik siyasətinin nəticəsidir ki, qlobal pandemiya şəraitinə baxmayaraq belə bir ağır dövrdə də Azərbaycan dünyada qazandığı çox yüksək imicini qoruyub saxlaya bilib. Bu gün Azərbaycan dünya miqyasında önəmli rol oynayan ölkədir.
Göstərilən humanitar və maliyyə yardımı bir daha onu sübut edir ki, Azərbaycan sağlam və qətiyyətli addımlarla hərəkət edən ölkədir. Hətta ən çətin və həssas dövrlərdə də biz ölkə olaraq özümüzə qapanmırıq. Əməkdaşlıq, xeyirxahlıq, yardım, dialoq, dəstək hesabına Azərbaycan dünya siyasi arenasında daha çox dost qazanır. Nəinki pandemiya vəziyyətində, heç bir vaxt Azərbaycan hansısa bir ölkənin çətin vəziyyətə düşməyindən istifadə edib, nəyisə əldə etməyə çalışmayıb".
Politoloq vurğulayıb ki, Azərbaycanın bu dövr ərzində də göstərdiyi təşəbbüslər, o cümlədən beynəlxalq müstəvidəki təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslər sayılır:
"Azərbaycan digər beynəlxalq təşkilatlara maliyyə yardımı göstərib. Qlobal pandemiya şəraitinə baxmayaraq, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü bu il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Zirvə Görüşü təşkil edildi. Bundan əvvəl isə Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya ilə mübarizəyə həsr edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilib.Bu zirvə görüşləri beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılanıb.
Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dünya miqyasında yüksək qiymətləndirildi və 130-dan çox ölkə tərəfindən dəstəkləndi".