Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır - FOTO

Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır - FOTO

Tarix: 7 Iyul 2020 18:48

Məlum olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən evdə müalicə olunan koronaviruslu xəstələrə dərmanların çatdırılmasına başlanılıb. 

Bu barədə Operativ Qərargahın sonuncu brifinqində Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov da məlumat vermişdi. Artıq preparatları əldə etmiş şəxslər sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar edirlər. 

Sonxeber.net xəbər verir ki, ailəsi üçün dərmanları evinə çatdırılmış vətəndaşlardan biri, adının açıqlanmasını istəməyən xanım "Qafqazinfo"ya bildirib ki, Səhiyyə Nazirliyi onları apteklərdə tapılmayan dərmanlarla təchiz edib: "Anamda nəticə pozitiv çıxan kimi TƏBİB-dən zəng etdilər. Dedilər ki, sahə həkimi bizimlə əlaqə saxlayacaq. Sonra 1-2 günə tibb bacısı dərmanları gətirib bloka qoydu, biz də oradan götürdük". 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin İşçi qrupunun rəsmisi Səbinə Babazadə də çıxışında yüngül gedişatlı xəstələrə birinci mərhələ üçün nəzərdə tutulan preparatlar olan vitamin C, E, D3, maqnezium, selen, parasetamolun verildiyini bildirib. O, xüsusilə qeyd edib ki, dərmanlar yalnız həkimin təyinatı ilə verilməlidir.


Etiketlər:  Səhiyyə Nazirliyi evlərə dərmanları çatdırır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ