Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 20:56
Bakı. Trend:
Üzərində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın imzaları olan beysbol topu satışa çıxarılıb.
Trend-in məlumatına görə, top adı çəkilməyən rusiyalı məmura məxsusdur.
Qeyd olunur ki, topa əvvəlcə V.Putin imza atıb. Bu il martın 2-də isə Şimali Karolinada mitinq zamanı D.Tramp beysbol topunu imzalayıb.
Topun ilkin satış qiyməti 54 min dollar məbləğində təyin olunub.