Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 10:57
Bakı. Samir Əli - Trend:
Rusiyada qəsdən adam öldürməkdə təqsirləndirilən azərbaycanlı axtarşa verilib.
Trend-in məlumatına görə, Gürcüstanın Marneuli rayonunda anadan olan azərbaycanlı, 1988-ci il təvəllüdlü Anar Xudiyev qəsdən adam öldürmə və silahlı basqın etməkdə təqsirli bilinir.
Rusiya hüquq-mühafizə təqsirləndirilən şəxsin istintaqa cəlb edilməsi barədə qərar verib. Məhkəmə orqanı onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.