Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur futbolçu iyunun 28-də öləcək - ''Son gecəni unudulmaz edək''

Məşhur futbolçu iyunun 28-də öləcək -  ''Son gecəni unudulmaz edək''

Tarix: 18 Iyun 2019 11:48

Amiotrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkən holland futbolçu Fernando Riksen sosial şəbəkə vasitəsi ilə azarkeşlərə müraciət edib.

Qol.az xəbər verir ki, iyunun 28-də evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz razılığı ilə həyatdan məhrum edilməsidir) ediləcək Riksen həmin gün canlı yayım edərək hər kəslə vidalaşacağını deyib: "28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin, bu gecəni unudulmaz edək".

Qeyd edək ki, 2013-cü ildən bəri xəstəlikdən əziyyət çəkən Riksenin çəkisi son dövrlərdə 38 kiloya qədər düşüb. Beyindən əzələlərə impulsları ötürən neyronların məhv olması ilə müşahidə edilən xəstəliyə yoluxanlar əksər hallarda 5 il ərzində həyatlarını itirir. 42 yaşlı veteran futbolçu karyerası ərzində Hollandiyanın "Fortuna", "Alkmaar", Şotlandiyanın "Reyncers" və Rusiyanın "Zenit" klublarında çıxış edib. O, 2000-2003-cü illərdə Hollandiya millisində 12 oyun keçirib.

 


Etiketlər:  Məşhur futbolçu iyunun öləcək gecəni unudulmaz edək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ