Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 13:48
Bakı. Samir Əli - Trend:
Şəmkirdə iaşə müəssisələrində axşam reydi keçirilib, bir neçə şəxs məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ qərargahın və RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb ki, RPŞ-nin əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüb. Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb. Polis əməkdaşları tərəfindən 33 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Bir nəfər, rayonun Təzəkənd kənd sakini- Rauf Cəfərov isə rayon məhkəməsinin qərarı ilə 8 gün müddətində inzibati qaydada həbs edilib.