Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 12:12
Bakı. Trend:
Pakistan Islam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmand Bakı Ali Neft Məktəbində (BANM) qonaq olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüş keçirib.
Trend-in məlumatına görə, görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğuladı. Rektor bir pakistanlı tələbəyə Ali Məktəbin təqaüdünün verilməsini təklif edərək növbəti tədris ilindən etibarən BANM-də bu ölkənin tələbələrinin təhsil almalarından məmnun olacaqlarını bildirdi.
Səfir Said Xan Mohmand səmimi qəbula görə rektora öz təşəkkürünü bildirdi. O, Pakistan və Azərbaycanın qardaş dövlətlər olduğunu və iki ölkə arasında ikitərəfli münasibətlərin hər gün daha da inkişaf etdiyini qeyd etdi. Həmçinin səfir region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan Ali Məktəbin gördüyü işləri və BANM tələbələrinin uğurlarını yüksək qiymətləndirdiyini vurğuladı.
Səfir hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsi istiqamətində səylə çalışdıqlarını bildirərək təqaüd təklifinə görə rektora təşəkkürünü bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin