Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 324 min e-arayış verilib

Bu il əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 324 min e-arayış verilib

Tarix: 8 Iyul 2020 16:04

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında həmin xidmətlər vasitəsilə vətəndaşlara 324 min e-arayış verilib. E-arayışlar iş yerinə, əlilliyə, müavinət, pensiya, təqaüdlə, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. barədə olub.
Ötən il Nazirlik tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. 2020-ci ildə daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.


Etiketlər:  əmək məşğulluq sosial müdafiə sahələri üzrə arayış verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ