Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 20:40
Bakı. Trend:
Azərbaycan Gimnastika Federasiyası (AGF) Hər gün səhər saat 11.00-da facebook, youtube və instagram kanallarında peşəkar məşqçilərlə səhər gimnastikası təqdim edəcək.
Bu barədə Trend-ə Federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, karantin dövründə sağlamlığı qorumaq, immuniteti gücləndirmək və səhhətini gümrah saxlamaq üçün gündəlik idman tövsiyə olunub.
Azərbaycan Gimnastika Federasiyası bunu nəzərə alaraq yeni təşəbbüs başladıb.