Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu

Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu

Tarix: 9 Iyul 2020 10:42

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.


Etiketlər:  Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ