Tarix: 9 Iyul 2020 21:32
Bu il Çində keçirilməli olan beynəlxalq yarışlar baş tutmayacaq.
Qol.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Koronavirus pandemiyasında görə bu ilə planlaşdırılan beynəlxalq idman tədbirləri ləğv olunub.
Yalnız 2022-ci ildə Çinin paytaxtı Pekində təşkil olunacaq Qış Olimpiya Oyunlarına seçmə yarışlar ləğv edilməyib. Həmin turnirlərin taleyinə sonradan aydınlıq gələcək.