Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 14:40
2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah" daha bir futbolçunu heyətinə cəlb edib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Məhəmməd Mirzəbəyov bundan sonra paytaxt təmsilçisinin şərəfini qoruyacaq. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin uğurları üçün çalışmış futbolçunun son komandası “Neftçi” olub.
Mirzəbəyov Azərbaycan millisində 18 oyun keçirib.
Xatırladaq ki, Məhəmməd “Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanmışdı.