Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 09:36
Bakı. Trend:
İtaliyanın paytaxtı Romada Silahlı Qüvvələrdə korrupsiya faktı ilə bağlı polis əməliyyatı keçirilib.
Trend-in məlumatına görə, əməliyyat nəticəsində 31 nəfər saxlanılıb.
Saxlanan şəxslər arasında ölkə Müdafiə Nazirliyinin məmurları və iş adamları olub.
Qeyd olunur ki, cinayət işi ordunun maddi-texniki təminatı ilə bağlı tenderin keçirilməsi ilə bağlı açılıb.
Ümumilikdə, əməliyyat nəticəsində 18 milyon avroluq fırıldağın üstü açılıb.