Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi

Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi

Tarix: 10 Iyul 2020 10:03

Bakı. Samir Əli - Trend:

Bakıda yük maşınının vurması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Trend-in məlumatına görə, hadisə iyulun 4-də Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Zakir Abbasovun idarə etdiyi yük avtomobili piyada olan 30-40 yaşlarında kişinin üstündən keçərək öldürüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, İstintaq Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zaman ölən şəxsin Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Məhəmməd Məmmədov olduğu müəyyən edilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi


RƏYLƏR