Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azər Türk Bankdan fərdi sahibkarlar üçün sərfəli kredit kartı

Azər Türk Bankdan fərdi sahibkarlar üçün sərfəli kredit kartı

Tarix: 10 Iyul 2020 14:08

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bank kiçik və orta sahibkarlıq subyektlərinin Bankın təqdim etdiyi məhsullara, o cümlədən maliyyəşməyə çıxışını daha da sadələşdirmək üçün yeni “Sahibkar” kredit kartı layihəsinin gerçəkləşdirilməsinə qərar vermişdir.

Layihənin məqsədi fərdi sahibkarlara, onlara təklif olunan “Sahibkar” kredit kartı vasitəsilə, güzəşt müddətli və imtiyazlı illik faiz dərəcəsi olan kredit xəttinin təqdim edilməsindən ibarətdir.

Qeyd edək ki, 40 günədək güzəşt müddəti olan bu kredit xətti, sahibkarın aylıq gəlirinin 80% -i həcmində, maksimal məbləğ 5 min manat olmaqla, heç bir zamin və təminat tələb edilmədən rəsmiləşdirilir.

Azər Türk Bankın “Sahibkar”kredit kartını əldə etmək üçün Bankın istənilən xidmət ofisinə gələrək, yaxud bankın veb-səhifəsinə daxil olaraq onlayn sifariş vermək olar.

Daha ətraflı məlumatı https://www.atb.az/ saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.


Etiketlər:  Azər Türk Bankdan fərdi sahibkarlar üçün sərfəli kredit kartı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ