Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 14:55
Xalq artisti Nəzakət Teymurova "Evdəkilərə salam" proqramını evində qonaq edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki,xanəndə uzun müddətdir bağda qaldığını deyib. O bildirib ki, karantin günlərində vaxtını bağında keçirib:
"Ömür boyu bağda bu qədər uzun müddət qalmamışdım. Daha çox şəhərdə qalıram. Amma indi buradayam".
Çəkiliş N.Teymurovanın ad günü ərəfəsində aparılıb. Muğam ifaçısı böyük məclis keçirməyi sevmədiyini söyləyib.