Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Facebook" digər proqramların işinə çətinlik törədən qüsuru aradan qaldırmağa çalışır

Tarix: 10 Iyul 2020 20:44

Bakı. Trend:

"Facebook" iOS əməliyyat sistemi üçün nəzərdə tutulan yenilənmədən sonra yaranmış qüsurların aradan qaldırılması üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə şirkətin nümayəndəsi açıqlama verib.

Qeyd olunur ki, bir çox ölkədən "Facebook iOS SDK" yenilənməsinin işə düşməsi ilə əməliyyat sisteminin işində qüsurların yaranması barədə şikayətlər daxil olub. Belə ki, istifadəçilər "Viber", "Yandex", ""Spotify", "TikTok" kimi proqramların işində çətinliklərin yarandığını bildirib.

Şirkətdən verilən məlumata görə, hazırda yenilənmə üzərində iş aparılır. Bu işin nə qədər vaxta başa çatacağı məlum deyil.


Etiketlər:  Facebook digər proqramların işinə çətinlik törədən qüsuru aradan qaldırmağa çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ