Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 23:33
Rusiya Səhiyyə naziri Mixail Muraşko "Rusiya-1" kanalında yayımlanan "Vesti" proqramında koronavirusun ən çox ürək və ağciyərlərin işinə təsir etdiyini deyib.
Sonxeber.net xəbər verir ki, nazir ürək xəstələrinin xüsusilə müalicəyə ehtiyacı olduğunu xatırladıb. O qeyd edib ki, ağciyərlər ən həssas orqana çevrilib:
"Tibb mütəxəssisinin köməyini tələb edən ikinci əhəmiyyətli problem ürək xəstəlikləridir".
Nazir əlavə edib ki, COVID-19 ağciyərlərin iş qabiliyyətini və həyati imkanlarını bərpa etməyə imkan vermir. Onun sözlərinə görə, xəstələr bədən enerjisinin tükənməsi səbəbindən dərhal ağır fiziki məşqlərə başlamamalıdır.
Xatırladaq ki, Mixail Muraşko Rusiyada koronavirusa qarşı 17 perspektiv peyvəndin olduğunu söyləmişdi. Səhiyyə naziri qeyd etmişdi ki, peyvəndlər könüllü olacaq. (publika.az)