Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 07:27
Onların diplomatik səriştəsizliyi hərbi əməliyyatların bərpasına zəmin yaradır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
"Uzun illərdir ki, Qarabağ probleminin öz həllini tapmamasında təcavüzkar Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi ilə yanaşı, Minsk Qupunun passivliyinin, qətiyyətsizliyinin də mühüm rol oynadığı şübhəsizdir. Məhz bu səbəbdən də işğaldan əziyyət çəkən Azərbaycanda zaman-zaman Minsk qrupuna yönəlik tənqidi fikirlər, ciddi ittihamlar səslənir ki, bu da tamamilə başadüşüləndir" - C.Xəlilov bildirib.
O, Qarabağ probleminin uzun illərdir ki, öz həllini tapmamasına görə Minsk qrupunun üzərinə ciddi məsuliyyət düşdüyünü vurğulayıb:
"Təbii ki, Qarabağ probleminin bu günə qədər öz həllini tapmamasının əsas səbəblərindən biri də Minsk qrupunun fəaliyyətsizliyi, işğalçıya lazımi təzyiq və basqı göstərməməsidir. Halbuki, Ermənistanın işğalçı dövlət olduğu, onun Azərbaycan torpaqlarının 20%-ni hərbi təcavüz nəticəsində ələ keçirdiyi hər kəsə məlumdur və bu, BMT-nin məlum qətnamələrində də öz əksini tapıb. Lakin təəssüflər olsun ki, bu qətnamələr də Minsk qrupunun işğalçı Ermənistana beynəlxalq konvensiyaların tələbləri əsasında təzyiq göstərməsinə səbəb olmayıb.
Nə qədər qəribə olsa da, münaqişə tərəfləri arasında vasitəçilik və problemin diplomatik yolla həllini əldə etməli olan Minsk qrupu daha çox seyrçi mövqedən çıxış edir, münaqişənin həlli üçün heç bir qətiyyət sərgilmir. Belə təsürat yaranır ki, həmsdərlər problemi həll etməkdənsə, münaqişənin donmuş vəziyyətdə qalmasında maraqlıdırlar. Bu isə səbr kasası çoxdan dolan Azərbaycanı qane edə bilməz.
Xatırladım ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bildirdi ki, biz Minsk qrupundan daha ciddi, daha məqsədə ünvanlanmış bəyanatlar gözləyirik. Ölkə başçısı haqlı olaraq Minsk qrupunu Ermənistanın əsassız bəyanatlarına cavab verməməkdə də ittiham etdi, bunu ciddi şəkildə qınadı. Vurğuladı ki, əslində İrəvanın bu bəyanatları Minsk qrupunun formalaşdırdığı danışıqlaırn mahiyyətini alt-üst etmək deməkdir.
Minsk qrupu ya Azərbaycan tərəfinin haqlı tənqidlərindən nəticə çıxararaq öz fəaliyyətində dönüş yaratmalı, ya da öz acizliyini etiraf etməlidir. Çünki mövcud stuasiya, yaranmış vəziyyət, bu günün gerçəkliyi bunu tələb edir. Həmçinin, Minsk qrupu bilməlidir ki, əgər Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli istiqamətində hər hansı addım atılarsa, bunun da məsuliyyəti məhz onların üzərinə düşəcək. Onların diplomatik səriştəsizliyi hərbi əməliyyatların bərpasına zəmin yaradır. Başqa sözlə desək, Minsk qrupu öz yarıtmaz və nəticəsiz siyasəti ilə torpaqları işal altında qalan Azərbaycana başqa yol qoymur".