Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samuxda qadının evindən pul və qızıl oğurlayanlar saxlanılıb (FOTO)

Samuxda qadının evindən pul və qızıl oğurlayanlar saxlanılıb (FOTO)

Tarix: 11 Iyul 2020 12:48

Bakı. Samir Əli - Trend:

Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, cari ilin may ayının 12-də Samux rayon sakini M. Mehbalıyeva Samux rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək 4 nəfər tanımadığı maskalı şəxslərin evinə qanunsuz olaraq daxil olduğunu və ondan pul, qızıl-zinət əşyaları tələb etdiklərini, lakin evdə olan qızı və nəvəsini gördükdən sonra bir ədəd mobil telefonu götürərək getdiklərini bildirib.

Samux və Göygöl rayon Polis Şöbələrinin əməkdaşlarının birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakinləri Elvin Məmmədov, Tural Süleymanov, Əli Mehdizadə və Tural Qədimov tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayət hadisəsini etiraf ediblər. Qeyd edək ki, dəstə üzvlərindən E. Məmmədov və T. Süleymanov digər 2 nəfərlə birlikdə Göygöl rayonunda oğurluq hadisəsi törətməkdə də şübhəli bilinirlər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.

Samuxda qadının evindən pul və qızıl oğurlayanlar saxlanılıb (FOTO) - Gallery Image Samuxda qadının evindən pul və qızıl oğurlayanlar saxlanılıb (FOTO) - Gallery Image Samuxda qadının evindən pul və qızıl oğurlayanlar saxlanılıb (FOTO) - Gallery Image Samuxda qadının evindən pul və qızıl oğurlayanlar saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Samuxda qadının evindən pul qızıl oğurlayanlar saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ