Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 14:14
Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədə qalan vətəndaşlarımızın növbəti təxliyəsini həyata keçirəcək.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Gürcüstandan təxliyə olunacaq 200-dək Azərbaycan vətəndaşı Tbilisidə koronavirusla bağlı test olunurlar.
Azərbaycanın Gürcüstandakı Səfirliyindən bildirib ki, yoxlama prosesi Gürcüstan Səhiyyə Nazirliyinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərən tibbi laboratoriyada həyata keçirilir.
Nəticələr iyulun 12-də məlum olacaq və Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək. COVID-19 aşkarlanmayan şəxslərə xüsusi arayış veriləcək. Azərbaycan vətəndaşlarının təxliyəsi iyulun 13-nə təyin olunub. Onlar avtobuslarla Azərbaycan səfirliyinin binası qarşısından "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.