Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 17:48
Bakı. Cani Babayeva - Trend:
Bu gün Bakıda Milli Gimnastika Arenasında gimnastların Azərbaycanın əməkdar artisti, sentyabrın 16-22-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri, müğənni Miri Yusiflə görüşü keçirilib.
Trend-in məlumatına görə, görüş zamanı Miri Yusif gimnastlara öz yaradıcılığı barədə danışıb, idmançıların suallarını cavablandırıb.
Trend-ə müsahibəsində ulduz səfir idmançılarla görüş barədə təəssüratlarını bölüşüb:
“Biz maraqlı söhbət etdik, gimnastlar mənə öz çıxışları, məşqlərinin necə keçdiyi barədə danışdılar. Mən gimnastların suallarına cavab verdim. Öz yaradıcılığım və mahnılarım barədə də danışdım”.
Əməkdar artist qeyd edib ki, Azərbaycanda gimnastika fəal inkişaf edir:
“Azərbaycan Gimnastika Federasiyasında məsuliyyətli şəxslər, öz işinin peşəkarları işləyir. Fikrimcə, ölkəmizdə gimnastika hər il getdikcə daha çox inkişaf edəcək”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin