Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 15:14
"Srvena Zvezda"nın 6 futbolçusu koronavirusa yoluxub.
Qol.az-ın məlumatına görə, bu haqda Serbiya klubunun saytı məlumat yayıb. Oyunçulardan götürülən analizlərin cavabı müsbət çıxıb.
İnfeksiya aşkarlanan futbolçular Srcan Spiridonoviç, Velko Nikoliç, Straxinya Erakoviç, Marko Qobeliç, Branko Yoviçiç və Duşan Yovançiçdir.
Futbolçular karantinə alınıblar və 2 həftədən sonra komandaya qoşulacaqlar.