Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 15:42
Bakı. Trend:
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərinin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Xanagah kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 903 kiloqram olan 787 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.