Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 18:33
Bakı. Trend:
Equinor şirkəti, Əşrəfi-Dan Ulduzu-Aypara (ƏDUA) kəşfiyyat ərazisində Aypara-1 quyusunun qazıma üzrə operatoru kimi, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını ictimaiyyətə təqdim edir.
Şirkətdən Trend-ə verilən məlumata görə, 14 iyun 2019-cu il tarixindən etibarən ƏMTQ sənədinin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib:
Equinor şirkətinin Bakı ofisinin qəbul şöbəsi - Ü. Hacıbəyli küç., 62, Marine Plaza biznes mərkəzi
M.F.Axundov adına Milli Kitabxana - Xəqani küç., 29
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası - Hüseyn Cavid küç., 31
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əsaslı kitabxanası - Azadlıq prospekti, 20
Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi - B. Ağayev küç., 100a
Pirallahı Kütləvi kitabxanası filial № 2 - Suleyman Bağırov küç., V. Mustafazadə adına Pirallahi Mədəniyyət evi
Neft Daşları kitabxanası, Neft Daşları Mədəniyyət evi
Çilov adası, Rasim İbrəhimov adına 131 saylı orta məktəb – D. Kisilyov küç.,1
Bundan əlavə Azərbaycan və İngilis dillərində sənədin tam layihə variantı Equinor-un veb səhifəsində (https://www.equinor.com/en/how-and-why/impact-assessments.html) yerləşdirilib.
Şərhlərinizi https://www.equinor.com/en/how-and-why/impact-assessments.html səhifəsinə daxil olmaqla və [email protected] ünvanına elektron məktub göndərməklə 14 iyul 2019-cu il tarixinə qədər təqdim edə bilərsiniz.
Həmçinin, sözügedən ƏMTQ sənədinin təqdim edilməsi məqsədi ilə ictimaiyyət ilə açıq görüş keçiriləcəkdir:
Tarix: 04 iyul 2019-cu il
Vaxt: 10:00- 13:00
Yer: Holiday Inn mehmanxanasi, Baku 1 Ballroom iclas zali
Ünvan: Baki şəhəri, Keykab Khanim Safaraliyeva 5,
Görüşdə Equinor şirkəti tərəfindən təqdimatlar ediləcək və auditoriya üçün suallar verməyə və şərhlər bildirməyə imkan yaradılacaq.
Equinor şirkəti qeyd olunan sənədi müzakirə etmək üçün bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir.
Əlavə məlumat üçün Equinor-un nümayəndəsi Ramiz Quliyev ilə əlaqə saxlaya bilərsiniz: (012) 497 73 40, e-poçt ünvanı: [email protected]
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin