Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 09:30
Bakı. Trend:
COVİD-19 virusu ilə mübarizə aparmaq 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.
Trend-in məlumatına görə, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.
Nazir bildirib: "Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək".
B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir.