Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

London derbisində 3 qol

London derbisində 3 qol

Tarix: 13 Iyul 2020 09:50

Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, turun mərkəzi görüşündə iki London təmsilçisi - "Tottenhem" və "Arsenal" komandaları üz-üzə gəlib.

"Tottenham Hotspur" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Arsenal" matçın 16-ci dəqiqəsində oyunda hesabı açıb. Aleksander Lakazett uzaq məsafədən baxımlı qola imza atıb. Qoldan üç dəqiqə sonra "Tottenhem" hesaba tarazlıq gətirib. Son Xın-Min fərqlənib.

Fasilədən sonra hücumların artıran "Tottenhem" hesabda önə çıxıb. Tobi Alderveirel adını tabloya yazdırıb.

Bu qələbədən sonra xal ehtiyatını 52-ə çatdıran "Tottenhem" turnir cədvəlində 8-ci, "Arsenal" isə 50 xalla 9-cu yerdə qərarlaşıb.


Etiketlər:  London derbisində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ