Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub - YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub - YENİLƏNİB

Tarix: 13 Iyul 2020 17:22

17:20

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub. 

Milli.Az APA-ya istinadən bildirir ki, iyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlu doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

---------

16:08

Ermənistan hücumu nəticəsində şəhid olan baş leytenant Mahmudov Rəşad Rəşid oğlu ilə vida mərasimi keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda Biləsuvar rayonunun Aşağı Cürəli kəndində şəhidin dəfn mərasimi keçirilir, dəfn mərasimində yerli sakinlər və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edir.

Xidmət aparan polis əməkdaşları ərazidə vətəndaşlara su və tibbi maska paylayıb.

Milli.Az


Etiketlər:  Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ