Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 21:28
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.
Trend-in məlumatına görə, top mərmilərindən biri kəndin Mahir adlı sakininin evinə düşüb. Nəticədə ev yararsız hala düşüb.
Xoşbəxtlikdən sakinlər evdə olmayıb.