Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri müəyyənləşdi - Avroliqa

Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri müəyyənləşdi -  Avroliqa

Tarix: 19 Iyun 2019 16:32

Bu gün “Qəbələ”nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki ilk rəqibi  müəyyənləşib.

Qol.az-ın məlumatına görə, Azərbaycan kubokunun qalibi kimi UEFA Avropa Liqasına qatılacaq “qırmızı-qaralar” 2-ci təsnifat mərhələsində ilkin mərhələdən gələn komanda və "Dinamo" (Tbilisi) cütünün qalibi ilə qarşılaşacaq. 

"Neftçi" ilk mərhələdə "Sperantsa"nı (Moldova)  keçsə, 2-ci raundda Rusiya "Arsenal"ı ilə qarşılaşacaq.

"Səbail" isə  ilk mərhələdə Rumıniyanın "Universitatya Krayova" klubunu keçə bilsə, 2-ci mərhələdə "Honved" (Macarıstan) - “Jalgiris” (Litva) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi



"Qəbələ" (Azərbaycan) -"Dinamo" (Tbilisi, Gürcüstan) / “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) cütünün qalibi

"Sperantsa" (Moldova) /"Arsenal" (Rusiya) - "Neftçi" (Azərbaycan)


"Honved" (Macarıstan) - “Jalgiris” (Litva) / “Səbail” (Azərbaycan) - "Universitatya Krayova" (Rumıniya)

Qeyd edək ki, 2-ci raundun ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də keçiriləcək.

 


Etiketlər:  Klublarımızın 2 ci mərhələdəki potensial rəqibləri müəyyənləşdi Avroliqa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ